Hadisə
“Qızım dedi ki, aya ata vurma” – 15 yaşlı qızını öldürən ata – VİDEO/FOTO
Ağdam rayon sakini 15 yaşlı Aygün Cabbarova, bibisi 56
yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki
evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və
orada dünyasını dəyişib.
Dərhal araşdırmaralara başlayan Abşeron Rayon Polis
Əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə
məlumat verilib. Deyilənlərə şüphə ilə yanaşan polis əməkdaşları,
araşdırmalarını davam etdiriblər.
Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində
atası 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata
saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini
etiraf edib.
Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam
rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib
Cabbarov bir müddət burda qalmalı olub.
Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə
qəzəbinə sahib çıxa bilməyən ata, bıçağa əl atıb. O, yatmış
vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə
xəsarət yetirib və onu öldürüb: “Bıçaq elə şkafın qabağında idi.
Bıçağı götürdüm, vurdum. O biri böyük qızım Suqra gördü.
İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma,
ay ata vurma. Mən də vurdum”.
Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə
sonradan peşman olub: “Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz
da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən
sonra mən nə qədər yaşıyacam ki...”
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. (Region TV)
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır


































.jpg)

.jpg)