Hadisə
Göygöl Milli Parkının əməkdaşları döyüldü
İyulun 21-i saat 07:30 radələrində Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxs tərəfindən parkın işçilərinə qarşı fiziki təzyiqlər olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, şəxsiyyətləri hələlik məlum olmayan şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Nəzarət-buraxılış məntəqəsində növbədə olan Milli Parkın əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun olaraq Milli Parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib, vəzifə səlahiyyətini yerinə yetirən dövlət nümayəndəsinə qarşı zor tətbiq olunub və döyülüb. Nəticədə Milli Parkın əməkdaşı müxtəlif ağır xəsarətlər alıb.
Hadisədən xəbər tutan Milli Parkın digər mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edərkən o da fiziki təzyiqə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib.
Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər
bundan sonra hadisə yerindən qaçıb.
Göygöl Milli Parkının xəsarət alan əməkdaşları müvafiq yardım alınması və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət edib.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
-
Magazin219:48Məşhur müğənni çəkiliş meydançasında əlbəyaxa dava saldı - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
























.webp)









.jpg)

.jpg)