Hadisə
Bakıda yol polisi sürücünü qəzaya saldı - VİDEO (YENİLƏNİB)
“Bütün kütləvi informasiya vasitələrində polislə bağlı yayılan bütün material, video görüntülər rəhbərliyin nəzarətindədir və araşdırılır. Araşdırılan zaman hər hansı qanun pozuntusu aşkar olunursa, mütləq həmin əməkdaş qanun qarşısında cəzalandırılırlar”.
Bunu Publika.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Dövlət Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.
O, videonu izləmədiyini, bütün hallarda baş vermiş hər bir faktın nəzarətə götürüldüyünü bildirib.
V.Əsədov onu da əlavə edib ki, video görüntü köhnə ola bilər, bunu müəyyən etmək üçün araşdırmaq lazımdır.
“Bəzən heç bir araşdırma aparmadan olduqca köhnə materialı yaymaqdan çəkinmirlər. Həmin videodunu avtosfer.az saytı yayıbsa mütləq köhnə materialdı. Əminliklə deyirəm ki, Elməddin Muradlının nəzarəti altında olan saytda yayılıbsa, köhnə materialdır. Elməddin bizim dostumuz olsa da, onda 5 il əvvəl topladığı materiallar var və onları yayır”.
***
14:25
Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb.
Olay Bakı-Sumqayıt yolunda – "Şamaxinka"dakı körpünün çıxışında baş verib. Videonu çəkən şəxs bildirir ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilindəki yol polisi əməkdaşı taksi sürücüsü ilə mübahisə edib. Sonra isə yolda taksi sürücüsünə təhlükəli anlar yaşadıb.
Videodan da göründüyü kimi, DYP avtomobili taksini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir. DYP əməkdaşının hərəkətlərindən bezən taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə çıxıb və orada qəzaya düşüb. Bunun ardınca DYP avtomobili də qayda pozmaqla həmin yola çıxaraq hərəkət edib.
Belə polis əməkdaşının hərəkətinə hüquqi qiyməti aidiyyatı orqanlar verməlidir. (Avtosfer.az)
Gülxar
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır


































.jpg)

.jpg)