Hadisə
Azərbaycanın tanınmış alimi dünyasını dəyişdi
Azərbaycanın tanınmış dilçi alimi dünyasını dəyişib.
Publika.az “Report”a istinadən xəbər verir ki, dilçi, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Qeyd edək ki, M.Mirzəliyeva 1949-cu ildə dünyaya gəlib. Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1971-1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləyib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olub.
Məhəbbət Mirzəliyeva 1975-1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981-1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışıb. 2002-ci ilin yanvarında Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilib. 2013-2015-ci illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildən bu günə kimi institutun türk dilləri şöbəsinə rəhbərlik edib.
M.Mirzəliyeva 2000-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2012-ci ildən Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub.
1993-1996-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləyib.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır


































.jpg)

.jpg)