Hadisə
Göygöldə 1859 ədəd müxtəlif növ sursat aşkarlanıb - FOTO
Göygöl rayonunda xeyli sayda müxtəlif növ sursat aşkarlanıb.
Publika.az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olan məlumatda belə deyilir.
İyulun 25-də saat 15:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Göygöl rayonu, Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd 5-45 çaplı avtomat gülləsi və 1 ədəd “Dyankov” əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tapılan sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)
.jpg)
