Hadisə
Bakı-Nabran avtobusunda partlayış olub, yoxsa olmayıb?
Bu gün səhər saatlarında Bakı-Nabran marşrutu üzrə hərəkət edən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişinin ayağından yanıq xəsarətləri alması barədə xəbərlər yayılıb.
Xəsarət alanların vəziyyəti və qəzanın təfərrüatı barədə məlumat almaq istəsək də, heç bir qurum bu məlumatı təsdiqləmədi.
Belə ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, həmin qəza barədə onlarda heç bir məlumat yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı da məlumatı mətbuatdan oxuduğunu, lakin belə bir hadisənin olmadığını deyib: “İşdə olmasam da, xəbərləri izləyirəm. Belə bir hadisə olsa idi, ilk biz reaksiya verərdik. Bakı Beynəlxalq Avtovağzalından çıxan və həmin istiqamətdə hərəkət edən avtobuslardan birinin radiatorunun xortumunda nasazlıq olub. Sərnişinlər avtobusdan düşürülüb, başqa avtobusla yola salınıb. Həmin avtobus da təmirə göndərilib. Yayılan məlumatda yanlışlıq ola bilər”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də Modern.az-a açıqlamasında belə faktın qeydə alınmadığını bildirib: “Bizə belə məlumat daxil olmayıb”.
Gülxar
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!


















.jpg)



















.jpg)
.jpg)
