Hadisə
Ayağı səhv kəsilən qadın öldü, HƏKİM İSƏ... (YENİLƏNİB)
"Xəstə xəstəxanadan çıxıb gedəndən sonra onu müşahidə etmək bizim işimiz deyil".
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.
O, iyun ayında sol ayağı əvəzinə sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib: “Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.
Xatırladaq ki, Ə.Rzazadə xəstənin sol ayağı əvəinə sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.
***
00:36
Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, qadının nəvəsi Könül Rzayeva nənəsinin bazar günü səhərə yaxın – saat 4 radələrində dünyasını dəyişdiyini, günorta dəfn edildiyini bildirib.
İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.
Valeh Kərimov işindən müvəqqəti uzaqlaşdırılsa da, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov qadının hər iki ayağında amputasiyaya ehtiyac olduğunu əsas gətirərək, həkimə bəraət qazandırıb: “Sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil






































.jpg)
.jpg)
