Hadisə
Qızıl oğruları yaxalandı
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda quldurluq cinayəti ilə bağlı birgə məlumat yayıb.
Publika.az-ın xəbərinə görə, Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.
Belə ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə özünü Qaz İstismarı İdarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olaraq, hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial9 Oktyabr 13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO





































.jpg)

