Hadisə
Lənkərandakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Lənkəranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Publika.az-ın xəbərinə görə, məlumatda qeyd edilir ki, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
09:41
Lənkəran şəhərində yanğın baş verib.
"Report"un cənub bürosunun məlumatına görə, yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.
Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.
Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.
Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.
Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü




































.jpg)
.jpg)
