Hadisə
Bakıda it uşağın üzünü bu hala saldı - FOTOLAR
Avqustun 2-də Bakı şəhəri, Zabrat qəsəbəsində qalan 2006-cı il təvəllüdlü Rauf Şirinovu it dişləyib. Onun sol gözündə, eləcə də üzündə kəsilib-cırılma yaraları var.
Raufun dayısı Sahib Məmmədov Publika.az-a açıqlamasında hadisənin necə baş verməsi barədə dəqiq məlumatlarının olmadığını deyib: “Rauf heyvanları çox sevir, itlərə xüsusi marağı var, bir müddət özü də it saxlayıb. Hadisə baş verən günü o babasıgilə qonaq gedib. Küçədə oynayarkən birdən belə bir hadisə baş verib. Biz uşağı əvvəlcə 3 saylı Sabunçu Klinik Xəstəxanasına apardıq. Orada həkimlər əllərindən gələni etdilər, ilkin yardım göstərdilər. Lakin gözünün alt qapağında cırılma olduğuna görə, bizə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna getməyi məsləhət gördülər. Həmin institutda da əməliyyatı Cəmil adlı həkim və assistenti Rəşid həkimin edəcəyini dedilər. Bizi saatlarla gözlətdilər, lakin baxan olmadı. Axırda uşağı Tibb Universitetinin Cərrahiyyə Klinikasına apardıq. Orada sağ olsun həkimlər tez müdaxilə etdilər və uşağı Qurban həkim əməliyyat etdi. Gecə yarısı əməliyyat bitdi. Uşaq yaxşıdır”.
Tibb Universitetinin Cərrahiyyə Klinikasından Raufun çox ağır yaralanmış halda klinikaya gətirildiyini dedilər: “İt uşağın göz, çənə və üz nahiyəsini ağır yaralamışdı. Göz qapağı, alt çənə didilmişdi. Yarada infeksiyalaşma olmamışdı. İlk yardım 3 saylı Sabunçu Klinik Xəstəxanasında olmuşdu. Biz də əməliyyat etdik, əməliyyat uğurlu keçdi. Uşağın vəziyyəti yaxşıdır. Klinikada qalmasına ehtiyac yoxdur, sadəcə bundan sonrakı müayinələri aparılacaq. Kosmetik deffekt yoxdur”.
Gülxar
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü




































.jpg)
.jpg)
