Hadisə
Erməni avtomobillə azərbaycanlını vurub QAÇMAQ İSTƏDİ, AMMA...
Gürcüstanda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil azərbaycanlını vurub.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən keçən magistral yolda baş verib.
Ermənistan vətəndaşının idarə etdiyi avtomobil həmin kəndin sakini Mübariz İsgəndər oğlu Həsənovu vurub. Yuxarı Saral kənd sakini, yazıçı Əli Abbas bildirib ki, hadisəni törədən Ermənistan vətəndaşı qaçmağa cəhd etsə də, həmin yolla hərəkət edən Azərbaycana məxsus avtomobilin sahibi buna mane olub. Belə ki o, erməni sürücünün arxasınca düşərək onu dayandıra bilib. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları cinayət törədib qaçmağa cəhd edən Ermənistan vətəndaşını saxlayıblar.
Qəza nəticəsində ciddi xəsarətlər alan M.Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır olaraq qalır.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Sağlamlıq11:31Elektron siqaret çəkənlərin nəzərinə! - Daha bir ölüm faktı(FOTO)
-
Hadisə11:18Azərbaycanda 1 milyonluq dələduzluq - Anbardar həbs edildi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto




































.jpg)
.jpg)
