Hadisə
Bakıda dəhşətli yanğın: Ölənlər var – FOTOLAR/VİDEOLAR (YENİLƏNİB)
Azadlıq prospektində binada baş verən yanğın nəticəsində xəsarət alanların 8-i 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Şöbədən Publika.az-a verilən məlumata görə, klinikaya yerləşdirilənlərin ikisi azyaşlı, 1-i yaşlı, qalanları ortayaşlıdır. Xəstəxanaya yerləşdirilən şəxslərin hamısına ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri stabildir.
***
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, biri azyaşlı olmaqla 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda hadisə yerində təcili yardımın 30 briqadası çalışır:
"Yaralananlar 1 saylı Kliniki Tibbi Mərkəzə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və 5 saylı xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Bu saata qədər xəsarət alanların 7-si 1 saylı KTM-ə yerləşdirilib. Təcili yardım həkimləri və rəhbər şəxsləri hadisə yerindədir".
***
İlkin məlumata görə, yanğın nəticəsində ölən var. Həmin şəxsin özünü xilas olmaq üçün 8-ci mərtəbədən atdığı bildirilir.
***
Bu dəqiqələrdə Binəqədi rayonu ərazisində “Azadlıq prospekti” metrostansiyası yaxınlığında 16 mərtəbəli yaşayış binası yanır.
Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğınsöndürənlər, polis və təcili yardım xidmətinin əməkdaşları ora cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri aparılır.
Binada və yaxın binalarda yaşayan insanlar təxliyyə olunur.
Binanın yuxarı mərtəbələrində yanğın davam edir.
Əməkdaşımız xəbər verir ki, ilkin məlumata görə, yanğın zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Yanğın 8-9-cu mərtəbələrdə başlayıb və bütün binanı bürüyüb. Yanğının digər binalara keçməsi ehtimalı yüksəkdir.
İlkin ehtimala görə, yanğına binanın üzlüyünün alışması səbəb olub.
Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Gülxar
Gülnar
Anar
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi



























.webp)










