Gəncədə 9 otaqlı ev yanıb - FOTO
Bizi izləyin

Hadisə

Gəncədə 9 otaqlı ev yanıb - FOTO

Gəncədə 2 mərtəbəli evdə yanğın baş verib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən Publika.az-a verilən məlumata görə, yanğın hadisəsi iyunun 1-də saat 10 radələrində şəhərin Əlövsət Məmmədov küçəsində baş verib. Gəncə şəhər sakini Nizammədin Əliyevə məxsus 2 mərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində baş vermiş yanğın zamanı xəsarət alan olmasa da, ev əşyaları tamamilə yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub və bir müddətdən sonra yanğın söndürülüb. Ev sahibi N.Əliyev bildirib ki, yanğın zamanı evdə ondan başqa kimsə olmayıb. Yanğın olan vaxt o yatırmış, bu səbəbdən hadisənin necə baş verdiyini bilməyib.

Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının səbəbləri araşdırılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm