İdman
Millimiz dünya çempionatına itkiylə yollanır
Boks üzrə Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatına ciddi itki ilə yollanacaq.
Publika.az xəbər verir ki, yarışda 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Həkimlər 91 kq-dan yuxarı çəki dərəcəsindəki Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Bakı 2015 I Avropa Oyunlarında zədələnən ikiqat dünya çempionu Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.
Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib:
"Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ İstanbulda və gələn il son olaraq, Bakıda keçiriləcək lisenziya turnirləri var. İnanıram ki, olimpiadaya vəsiqə qazanaraq, uğurla çıxış edəcəyəm".
Qeyd edək ki, Dohadakı dünya çempionatı 5-15 oktyabrda keçiriləcək. Yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Azərbaycan yığması çempionata sabah yollanacaq.
-
Region21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin220:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto


























.png)

.jpg)






