İdman
Bir gündə 6 qızla görüşən “İmperator”: “Hamısını bir-biriylə aldatmışam”
Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.
Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.
Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...
Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.
Joan Laporta
“Ronaldo Messidən yalnız kompyuter oyunlarında üstün ola bilər. Onu da yəqin ki, “Real”a azarkeşlik edən mühəndislər düzəldib”.
Arda Turan
“Falkao rəqibin cərimə meydançasında milçək də görsə, onu tutub qapıya vurur”.
Aleks Ferqyuson
“Futbol statistikası qısa paltar kimi bir şeydir. Çox şeyi göstərər, ancaq əsas maraq doğuran şeyi göstərməz”.
Frank Raykaard
“Əslində Türkiyə futbolunda hər şeydən bir az var. Amma heç bir şeydən tam yoxdur”.
Françesko Totti (“İmperator”)
“Bir gecədə 6 qızla görüşmüşəm. Hamısını bir-biriylə aldatmışam. Amma “Roma”nı heç vaxt aldatmamışam”.
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO







.webp)




























