İdman
Ronaldo üsyan etdi: Bu, futboldur, müharibə deyil
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Əl-Əhli" üzərində 2:0 hesablı qələbədən sonra sərt açıqlama verib.
Publika.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı liqasının təşkilatçılığını, bəzi futbolçuları çempionatla bağlı mənfi şərhlər və paylaşımlara görə tənqid edib:
"Məncə, bu, liqaya fayda verməyəcək. Hamı şikayət edir. Hamı lazım olandan artıq hərəkət edir. Bu, futboludur, müharibə deyil. Hamımız bilirik ki, hər kəs mübarizə aparır və qalib gəlmək istəyir, amma hər şeyə icazə verilmir.
Mən mövsümün sonunda fikrimi bildirəcəyəm, çünki çoxlu mənfi hallar görürəm. Bir çox oyunçu hakimlər, liqa, layihə ilə bağlı şikayətlər paylaşır. Məncə, bu, düzgün deyil və liqanın məqsədlərinə uyğun gəlmir. Əgər dünyanın ən yaxşı liqalarından biri olmaq üçün Avropa ilə rəqabət aparmaq istəyiriksə, biz təkcə burada yox, orada da nümunə olmalıyıq. Hesab edirəm ki, buna son qoymalı, vəziyyəti analiz etməli və Səudiyyə liqası ilə danışmalıyıq, çünki mənim üçün bu, artıq futbol deyil".
Heybət
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi






.jpg)

























