İdman
Əfsanə "Real"a qayıdır: Danışıqlar başladı
Keçmiş futbolçu Toni Kroos "Real"a qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, İspaniya nəhəngi artıq klub əfsanəsinin geri dönüşü ilə bağlı danışıqlar aparır. "Kral klubu" hətta Kroos üçün yeni rol da hazırlayıb.
36 yaşlı almaniyalı əfsanə klubun idman strukturunda vəzifə tuta bilər. Gözlənilir ki, Toni heyətin planlaşdırılmasında iştirak edəcək, klubun maraqlarını təmsil edəcək və məşq prosesi zamanı komandaya dəstək verəcək.
Əgər Kroos Madrid klubuna qayıtmağa razılaşsa, o, prezident Florentino Peres və "Real"ın digər rəhbər şəxsləri ilə sıx əməkdaşlıq edəcək.
Toni bu məsələdə əvvəlcə məsləhətçi kimi fəaliyyətə başlayıb daha sonra əsas komandanın baş məşqçisi postuna yüksələn Zinəddin Zidannın yolunu təkrarlaya bilər.
Xatırladaq ki, Almaniya millisinin sabiq yarımmüdafiəçisi 2014-2024-cü illərdə "Real"ın formasını geyinib. Bu müddətdə o, 465 oyun keçirib, 28 qol vurub və 99 məhsuldar ötürmə edib, ümumilikdə isə 22 titul qazanıb. Karyerasını məhz bu klubda başa vurub.
Heybət
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi






.jpg)

























