İdman
Dağıstandan 3 medal
Ötən həftə qonşu Dağıstan Respublikasında sərbəst güləş üzrə 3 beynəlxalq turnir keçirilib.
Publika.az xəbər verir ki, turnirlərdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medala sahib olub.
Olimpiya, Dünya və Avropa çempionu Hacımurad Məhəmmədovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə mübarizə aparan İslam Bazarqanov (54 kq) bütün rəqiblərindən üstün olub. Finala qədər keçirdiyi 3 görüşü tam üstünlüklə başa vuran təmsilçimiz həlledici görüşdə də qalib gəlib və turnirin qızıl medalına yiyələnib.
Dağıstanın dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda böyüklər arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə təmsilçimiz Pərviz İbrahimov (57 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıb və turnirin bürünc medalını qazanıb.
Yusup Abdusalamovun mükafatı uğrunda keçirilən digər turnirdə mübarizə aparan təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) da bürünc medala sahib olub.
-
Sosial22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin120:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?




































