İsa Qəmbər İLK SEVGİsindən danışdı
Bizi izləyin

İdman

İsa Qəmbər İLK SEVGİsindən danışdı

Sabah keçiriləcək Azərbaycan kubokunun final oyununu bütün futbolsevərlər səbrsizliklə gözləyir.

Publika.az xəbər verir ki, “Neftçi” ilə "Qarabağ"ın növbəti qarşılaşması təkcə fəal azarkeşlərin və idman jurnalistlərinin deyil, ölkənin ictimai-siyasi xadimlərinin, eləcə də incəsənət adamlarının da diqqət mərkəzindədir. Son həftələrdə qələbələri sıralayan "Neftçi"nin "Qarabağ"a sürpriz edəcəyini düşünənlər olsa da, "Qarabağ"ın kuboku başı üzərinə qaldıracağını düşünənlərin sayı daha çoxdur. Ağdam təmsilçisini favorit görənlər sırasında tanınmış siyasətçi, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər də var.

İsa bəy "Futbol+" qəzetinin sorğusuna cavabında uşaqlıqdan "Neftçi"yə azarkeşlik etdiyini gizlətməsə də, hazırda "Köhlən atlar"ın güclü olduğunu deyib:

"Neftçi" mənim ilk sevgimdir. Amma "Qarabağ" oynadığı futbola və qazandığı nəticələrə görə rəğbət bəslədiyim komandadır. Düşünürəm ki, kubokun finalında 90 dəqiqə 2:2 hesabıyla başa çatacaq. Əlavə 30 dəqiqədə isə qol vurulacağına inanmıram. Penalti zərbələrini daha dəqiq yerinə yetirən qalib gələcək. Hər iki komandanın şansı var, amma "Qarabağ" az da olsa, öndədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm