Ronaldo: “Elə xoşbəxtəm ki...”
Bizi izləyin

İdman

Ronaldo: “Elə xoşbəxtəm ki...”

Ronaldo: “Elə xoşbəxtəm ki...”

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo Avropa çempionluğunu qazanmalarını şərh edib.

Publika.az xəbər verir ki, Ronaldo çox xoşbəxt olduğunu bildirib. O, zədələnsə də, komandaya inandığını və qalib gələcəklərinə əmin olduğunu vurğulayıb:

“Elə xoşbəxtəm ki... 2004-cü ildən bu gün haqda düşünürdüm. Portuqaliya xalqı, futbolçularımız buna layiq idilər. Təəssüf ki, mənim üçün hər şey belə alındı. Amma komanda yoldaşlarıma inanırdım. Onlar öz işlərinin ustasıdır. Həmişə demişəm ki, yığma ilə titul qazanmaq, tarixə düşmək istəyirəm. Komanda yoldaşlarıma, məşqçilər korpusuna təşəkkür edirəm. Portuqaliya xalqı bizi alqışlayır. Bu, unikal uğurdur. Belə hadisələr heç vaxt unudulmur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm