“Hafka” əmlakını satır – “Bakı”nın bazası 80 milyona təklif olunur
Bizi izləyin

İdman

“Hafka” əmlakını satır – “Bakı”nın bazası 80 milyona təklif olunur

“Hafka” əmlakını satır – “Bakı”nın bazası 80 milyona təklif olunur

“Bakı” klubunda maliyyə böhranının olması ilə bağlı məlumat vermişdik.

İş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğraması klubun da fəaliyyətinə ciddi təsir edib. Uzun müddətdir ki, klubda məvaciblər verilmir. Publika.az xəbər verir ki, stadium.az saytı bununla bağlı daha bir maraqlı məlumat əldə edib. Məlumata görə, rəhbərlik klubun Biləcəri qəsəbəsində yerləşən bazasın satışa çıxarıb. Bazaya 80 milyon dollar qiymət qoyulub. Hətta, “Bakı” klubunun təlim məşq bazasının bütövlükdə “Xəzər Lənkəran” klubuna da təklif edildiyi bildirilir.

Qeyd edək ki, son günlər tanınmış iş adamı Hafiz Məmmədovun biznesinə daxil olan şirkətlərdə çöküş prosesi müşahidə olunur. Bir neçə gün əvvəl iş adamının sahib olduğu "Bank of Azerbaijan" da əlindən alınıb. Bakı klubunun isə de-fakto süqut etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm