İdman
"Qarabağ"ın bütün potensial rəqibləri
Çempionlar Liqasının I və II təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azərbaycanı təmsil edəcək "Qarabağ"ın bütün potensial rəqibləri artıq bəllidi.
Son olaraq, Çernoqoriya və Macarıstan çempionlarının adı bilinib. Bunlar müvafiq olaraq "Sutyeska" və "Debretsen" olub. Nəticədə bu iki komanda da Çempionlar Liqasında çıxış etmək şansı qazanıb.
Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar "səpələnmişlər" və "səpələnməmişlər" səbətinə bölünəcək.
I təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə "səpələnməmişlər" səbətində yer alacaqlar.
Azərbaycan çempionu isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Qarabağ"ın II təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı bəllidi. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı "səpələnmişlər" səbətində yer alması deməkdi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı "səpələnməmişlər" səbətindən bir komanda gözləyəcək.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı II təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).
II təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Debretsen (Macarıstan), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HİK (Finlandiya).
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva), Sutyeska (Çernoqoriya), I təsnifat mərhələsinin 3 qalibi.
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası














.png)




















