İdman
Kristiano və 17 futbolçu heyətdən kənarlaşdırıldı - Portuqaliyada XAOS
UEFA Avropa Liqasının ¼ finalının ilk matçında “Atletiko Madrid”ə qarşı səfərdə 2:0 hesabı ilə məğlub olan “Sportinq Lissabon”da xaos yaşanır.
Publika.az xəbər verir ki, klub prezidenti Bruno Karvalho matçdan sonra verdiyi sərt açıqlamalara cavab verən 18 futbolçunu heyətdən kənarlaşdırıb.
Klubun kapitanı Rui Patrisio instaqram və feysbuk hesabından etdiyi bir paylaşımda “qazanarıq, bərabərə qalarıq, bəzən də məğlub olarıq. Bəli, məğlub olarıq, çünki bu futbolda yeri olan bir nəticədir. Və bu durumdan klubdakı hər kəs məsuliyyət daşıyır. Biz bir komandayıq. Klubumuzu ən yaxşı şəkildə təmsil etməyə, əlimizdən gələnin ən yaxşısını etməyə davam edəcəyik. Bu klub, bu azarkeş və özümüz üçün hər zaman mübarizə aparacağıq. Başqa cürü professional futbolda yeri olmayan şeylərdir. Prezidentin ictimaiyyətə verdiyi açıqlamalar istənməyən bir açıqlama idi. Sadəcə futbolçuların günahlandırılması içinə düşdüyümüz vəziyyəti ağırlaşdırmaqdan başqa heç bir işə yaramır!” sözlərini yazıb.
Bu paylaşımı daha sonra Coao Plahina, Kristiano Piccini kimi 18 futbolçu da öz hesablarında paylaşıb. Prezident isə buna əsəbiləşərək həmin futbolçuları heyətdən uzaqlaşdırıb.
Bazar günü “Paços” komandası ilə qarşılaşmalı olan “Sportinq”in A komandasında hazırda 6 futbolçu forma geyinə biləcək vəziyyətdədir. Ona görə komandanın rəqibi qarşısına B komandası ilə çıxması gözlənilir.
Zümrüd
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

