İdman
UEFA Moskva MOİK-ini cərimələdi
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Moskvanın MOİK futbol klubunu Çempionlar Liqasında İtaliyanın "Roma" klubu ilə qrup mərhələsində baş tutan iki oyunun yekunları üzrə 50 min avro cərimələyib.
Trend-in məlumatına görə, Rusiya klubunun cərimələnməsinə səbəb azarkeşlər tərəfindən stadionun giriş və çıxışlarının bağlanması, meydançaya kənar obyektlərin atılması və pirotexnikadan istifadə edilməsi olub.
Məlumata əsasən, səfər oyununa görə MOİK 44 min avro, ev oyununa görə isə 6 min avro cərimələnib.
Bundan əlavə, İtaliyanın "Roma" klubu da ev oyununda azarkeşlər tərəfindən stadionun giriş və çıxışlarının bağlanması, meydançaya kənar obyektlərin atılması və pirotexnikadan istifadə edilməsi səbəbi ilə 17 min avro cərimələnib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının "G" qrupunda yer alan MOİK və "Roma" arasında ilk oyun Romada oktyabrın 23-ü ("Roma" - MOİK - 3:0), ikinci oyun isə Moskvada noyabrlın 7-si keçirilib (MOİK - "Roma" - 1:2).
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)


















.jpg)
.jpg)

