İdman
"Sportinq"in 11 futbolçusu Bakıya gələ bilməyəcək
Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı üçün Bakıya 18 futbolçu ilə gəlir.
Sportnet.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer bu görüşdə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.
Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil.
IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb.
Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, "Sportinq" Bakıya bu axşam gələcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

