İdman
Cənubi amerikalıların qırğını ilə başlayır
Braziliyada keçirilən dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, bü gün 1/8 final mərhələsinin qarşılaşmalarına start veriləcək. İlk 2 qarşılaşmada Cənubi Amerika komandaları üz-üzə gələcək.
Əvvəlcə meydana Braziliya və Çilli milliləri çıxacaq. Bu komandalar eyni qitəni təmsil etdiklərindən bir birlərini yaxşı tanıyırlar. Braziliya – Çili duelində statistika meydan sahiblərinin xeyrinədi. Braziliya son 12 qarşılaşmanın 10-da Çiliyə qalib gəlib. 2 görüş isə heç-heçə başa çatıb. Çili tarix boyu Braziliyanı səfərdə məğlub edə bilməyib.
İndiyə qədər 68 dəfə qarşılaşan komandaların duelindən 48 dəfə Braziliya, 7 dəfə Çili qalib ayrılıb. 13 qarşılaşmada bərabərlik qeydə alınıb.
Günün 2-ci qarşılaşmasında isə Kolumbiya ilə Uruqvay münasibətləri aydınlaşdıracaq. Komandalar indiyə qədər 38 dəfə üz-üzə gəliblər. 11 oyunda Kolumbiya, 18 qarşılaşmada isə Uruqvay qalib gəlib. 9 oyun heç-heçə bitib.
1/8 final
21.00 Braziliya – Çili
Cəzalı: yoxdu
Hakim: Hovard Uebb (İngiltərə)
Belu Orizonte. “Estadio Mineyrao” satdionu.
01.00 Kolumbiya – Uruqvay
Cəzalı: Suares
Hakim: Byorn Kuypers (Hollandiya)
Rio de Janeyro. “Marakana” stadionu.
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq
-
MDB09:40Kiyev raketlərlə vuruldu, ölənlər var
-
Sosial09:30Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı


































