İdman
“Liverpul” xal itirdi, “Çelsi” qalib gəldi
İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.
Publika.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Açılış oyununda “Tottenhem” “Arsenal”ı qəbul edib. Son iki oyunda məğlub olan “Tottenhem” bu görüşdən qələbə ilə ayrılmaq istəyindəydi. Amma London derbisi heç-heçə başa çatıb.
“Mançester Siti” “Bornmut”u, “Mançester Yunayted” isə “Sauthempton”u sınağa çəkıb. Hər iki Mançester təmsilçisi turu qələbə ilə başa vurub.
“Vulverhempton” “Kardiff Siti”ni, “Brayton” “Haddersfild”i, “Vest Hem” isə “Nyukasl”ı məğlub yola salıb. Səfərdə “Bernli” ilə qarşılaşan “Kristal Pelas” da inamlı qələbəyə sevinib.
29-cu turun maraqla gözlənilən qarşılaşması Mersisaydda
keçirilib. “Everton” doğma azarkeşləri önündə “Liverpul”la
münasibətlərinə aydınlıq gətirəcək. Lider bu görüşdə xal itkisi ilə
üzləşib.
Səfərdə “Fulhem”lə qarşılaşan “Çelsi” isə turu qələbə ilə başa
vurub.
İngiltərə Premyer Liqası, 29-cu tur
2 mart
Tottenhem – Arsenal 1:1
Qol: Keyn, 74-pen – Remzi, 16.
Bornmut – Mançester Siti 0:1
Qol: Mahrez, 55.
Mançester Yunayted – Sauthempton 3:2
Qol: A.Pereyra, 53. Lukaku, 59; 88 – Valeri, 26.
Uord-Prouz, 75.
Vulverhempton – Kardiff Siti 2:0
Qol: Jota, 16. R.Ximenes, 18.
Bernli – Kristal Pelas 1:3
Qol: Barnes, 90 – Bardsli, 15-öz qapısına.
Batşuayi, 48. Zaha, 76.
Brayton – Haddersfild 1:0
Qol: Andone, 79.
Vest Hem – Nyukasl 2:0
Qol: Rays, 7. Noble, 42-pen.
3 mart
Uotford – Lester 2:1
Qol: Dini, 5. Qrey, 90 – Vardi, 75.
Fulhem – Çelsi 1:2
Qol: Çambers, 28 – İquayn, 20. Jorjinyo, 31.
Everton – Liverpul 0:0
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya















.jpg)
.jpg)















.jpg)
