İdman
"Real Madrid"in yeni möhtəşəm stadionu təqdim olundu - - FOTOLAR
“Real Madrid” doğma stadionu olan “Santiyaqo Bernabeu” təmirə bağlanacaq.
Publika.az xəbər verir ki, təmir işlərinə bu mövsümün sonunda başlanacaq.
Təmir işləri 2023-cü ildə yekunlaşacaq.
Stadionun bərpa layihəsini ictimaiyyətə “Real Madrid” klubunun prezidenti Florentino Peres və Madrid şəhərinin bələdiyyə sədri Manuela Karmena təqdim edib. Klub prezidenti stadionun yeni texnologiyalarla təchiz ediləcəyini və gələcəyin böyük rəqəmsal stadionu olacağını deyib.

“Gələcək bizdən müasir və öncül olmaqla yanaşı, yeni və güclü bir gəlir təmin edəcək stadion inşa etməyi istəyir. İnteraktiv bir muzeyin və 360 dərəcə rəqəmsal hesab tablosunun olacağı stadionda ən yaxşı texnologiyalardan istifadə edəcəyik. “Santiyaqo Bernabeu”nu dünyanın ən yaxşısı edəcəyik”.
Qeyd edək ki, “Santiyaqo Bernabeu” 1947-ci ildə istifadəyə verilib.
“Deloitte” maliyyə mütəxəssisliyi şirkətinin hesabatına görə, “Real Madrid” 2017-2018 mövsümündə 750,9 milyon avro ilə dünyada ən çox gəlir əldə edən klublar arasında ilk yerdə qərarlaşıb.
“Santiyaqo Bernabeu”nun yenilikləri:
66 min kv/km sahəsi olan stadionun ətrafında restoran, alış-veriş mərkəzləri, əyləncə salonları və idman mərkəzləri olacaq. Yeni stadionun inşasına 525 milyon avro xərclənəcək. Bunun 1000 milyonu texnoloji məhsullara, 300 milyonu isə inşaat işlərinə gedəcək. Qalan 125 milyon isə daxili restavrasiyaya yatırılacaq. Stadionun hündürlüyü 12 metr qaldırılacaq. Tribunadakı oturacaq sayı 3000 ədəd artırılaraq toplamda 82 min ədəd ediləcək. Meteoroloji şərtləri nəzərə alaraq stadionun üzərinin örtülməsi üçün yeni örtük quraşdırılacaq.
Zümrüd
-
İdman22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...











.jpg)






.jpg)
















.jpg)
