İdman
Avropa çempionu: Ermənilərlə görüşə döyüşmək üçün çıxırıq
Buraya gələndə sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Yarışa qatılanda 2-3-cü yerləri fikirləşmirdim. Çempion olmaq istəyirdim".
Publika.az xəbər verir ki, bunu Report"a açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.
79 kq çəki dərəcəsindəki 29 yaşlı pəhləvan gümüş və bürünc medal qazanmağın da bir uğur olduğunu vurğulayıb: "Görüşə çıxmayan rəqibim rusiyalı Ahmed Hacıməhəmmədov da tanınmış idmançıdır. Mənimlə də güləşib. Bu gün kiminsə qələbə qazanacağını əvvəlcədən demək olmazdı. Zədələndiyi üçün həlledici görüşə çıxmadı".
Üçüncü dəfə Avropa çempionu olan idmançı dünya çempionatı və Yay Olimpiya Oyunlarında eyni uğuru təkrarlaya bilməməsindən də danışıb: "Dünya çempionatında qalib ola bilməsəm də, medal əldə etmişəm. Sonuncu mundialda finalda uduzdum. Qarşıda dünya çempionatı da var. Onun üçün hazırlaşmağa çalışacağam. Bu uğursuzluğumu şanssızlıqla da əlaqələndirərdim. Axırıncı mundialın finalında hər şeyi son saniyələrə saxladım. Bəlkə də taktikamı səhv qurmuşdum, düzgün qursaydım, qalib ola bilərdim. Rəqibimlə fərqimiz elə də böyük deyildi. Çalışacağam ki, bu il səhvlərin üzərində işləyim və qarşıdakı mundialda qızıl medal qazanım".
Həsənov bildirib ki, yığma üzvlərinin Ermənistan təmsilçilərini məğlub etməsi onlara əlavə motivasiya verib: "Mənim çəkimdə də Ermənistan güləşçisi var idi. Onlarla güləşəndə özümüzü yox, Azərbaycan xalqını fikirləşirik. Bilirik ki, ermənilərlə görüşə döyüşmək üçün çıxırıq. Başqa idmançılara qarşı isə o qədər də köklənmirik. Dünən Hacı Əliyev və Ağahüseyn Mustafayev Ermənistan təmsilçilərini məğlub etdi. Rəqiblər də zəif güləşçi deyildilər".
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


