İdman
Milli komandaya BİABIRÇI MÜNASİBƏT: hava limanında saatlarla...
AVRO 2020 seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşıb.
Publika.az xəbər verir ki, futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb.
Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.
Bu hörmətsizlikdən dərhal sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi açıqlama verib. Nazir “milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir. Lazımi tədbirləri görəcəyimizdən millətimizin şübhəsi olmasın”,-deyə bildirib.
Futbolçuların açıqlaması zamanı daha bir qalmaqallı hadisə yaşanıb. Belə ki, bir islandiyalı türk futbolçunun köynəyini fırça ilə təmizləməyə çalışıb. Həmin anlar kameralara əks olunub.

Qeyd edək ki, İslandiya-Türkiyə matçı iyunun 11-də yerli vaxtla 21:45-də baş tutacaq.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.webp)


























