İdman
AVRO-2020: Azərbaycan-Slovakiya matçında DARMADAĞIN - VİDEO (YENİLƏNDİ)
Slovakların heyətində David Hançko 85-ci dəqiqədə komandamızın qapısından 5-ci topu keçirir: 1-5. Matç bu hesabla başa çatır.
***
21:15
Marek Hamşik matçın 57-ci dəqiqəsində hesab arasındakı fərqi 3 topa çatdırır: 1-4.
***
20:31
Yuray Kuçka 27-ci dəqiqədə Slovakiyanın üstünlüyünü 2 topa çatdırır. Ramil Şeydayev 28-ci dəqiqədə vurduğu qolla komandamızın azarkeşlərini ümidləndirsə də Marek Hamşik 30-cu dəqiqədə 2 top fərqini yenidən təmin edir: 1-3.
***
20:09
Oyunun 8-ci dəqiqəsində hesab açılır. Qonaqların heyətində Stanislav Lobotka fərqlənir: 0-1.
***
20:01
Azərbaycan və Slovakiya milli komandaları arasında matç başladı.
***
19:20
AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.
Publika.az-ın məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.
Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.
***
10:50
Bu gün 2020 Avropa Çempionatının seçmə mərhələsində 4-cü tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, 5 qrupda 13 görüş keçiriləcək.
Millimiz doğma meydanında Slovakiyanı qonaq edəcək. Türkiyə yığması isə Fransa üzərində əzmkar qələbədən sonra İslandiyanın biləyini bükməyə çalışacaq.
C qrupu
22:45. Belarus - Şimali İrlandiya
22:45. Almaniya – Estoniya

E qrupu
20:00. Azərbaycan - Slovakiya
22:45. Macarıstan – Uels

H qrupu
22:45. Albaniya - Moldova
22:45. Andorra - Fransa
22:45. İslandiya - Türkiyə

I qrupu
18:00. Qazaxıstan - San Marino
22:45. Belçika - Şotlandiya
22:45. Rusiya - Kipr

-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp






.png)


















.jpg)
.jpg)





