İdman
Bordin: Rəqibin cüzi üstünlüyü var
Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlaşıb. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar. Fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Stadiona fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir.
Publika.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.
Əlli dörd yaşlı mütəxəssis bildirib ki, “Bney Yehuda” ilk matçda bütün heyətlə müdafiəyə qapandı. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.
İtaliyalı məşqçi iki top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və futbolçularının qələbə qazanacağına əminliyini bildirib.
Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, “Bney Yehuda” əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: “Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir”.
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır





































