İdman
Cüdoçularımız dünya çempionatında bu gün iki medal qazandı - FOTO
Azərbaycan millisi Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə - avqustun 27-də iki medal qazanıb.
Publika.az xəbər verir ki, yarışın üçüncü günündə qadınlar 57, kişilər isə 73 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Kişilərin yarışında ölkəmizi iki cüdoçu təmsil edib. Rüstəm Orucov belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. Rəqibinə məğlub olan R.Orucov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
H.Heydərov isə yarımfinaladək macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olub. Komanda yoldaşı R.Orucova məğlub olan H.Heydərov bürünc medal uğrunda mübarizə aparıb. Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələn H.Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.
Qadınların yarışında çıxış edən idmançımız İçinxorloo Munxtsedev ilk görüşdə panamalı Miryam Roperə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə yarışan altı cüdoçumuz mübarizəni medalsız başa vurub
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
