İdman
AS "Qarabağ"dan yazdı: ispanlar erməniləri yerlə-yeksan etdi - FOTO
İspaniyanın AS nəşri Avropa Liqasında mübarizə aparan “Qarabağ” klubu haqqında məqalə dərc edib.
Publika.az xəbər verir ki, “Qarabağ: bir futbol komandasından daha çox, bütöv bir ölkə” başlıqlı məqalədə həm “Qarabağ” klubundan, həm də Dağlıq Qarabağdan bəhs olunub.
Bildirilib ki, İspaniyanın “Sevilya”sı Dağlıq Qarabağ müharibəsi səbəbindən Bakıya sürgün olunan bir komanda ilə qarşılaşır. Qarabağ 26 ildir ki, futbol klubu olaraq yarandığı torpaqdan 250 kilometr şərqdə oynayır. Nəşr Qarabağın təmsil etdiyi Ağdamı “Qafqazın Xirosiması” adlandırıb və qeyd edib ki, bu gün “Qarabağ”ın evi olan “İmarət” stadionunun yalnız xarabalıqlarını xəyali şəhərin təpələrindən seyr etmək olar. Hazırda Tofiq Bəhramov stadionunda ev oyunlarını keçirən “Qarabağ” 1951-ci ildə qurulduğu andan Azərbaycan ilə Ermənistan arasında qanlı müharibənin başlamasına qədər “İmarət”də oynayıb.

Dağlıq Qarabağ müharibəsi haqqında geniş bilgilərə yer verilən məqalədə bildirilib ki, münaqişə 1988-ci ildə başlanıb və 1993-cü ilə qədər davam edib. Lakin bu münaqişədən qalib çıxan tərəf məğlubdan daha çox məğlub durumdadır.
AS 2008-ci ildə baş məşqçi Qurban Qurbanovun komandaya gəlişini Ağdam klubunun yenidən qurulması kimi təqdim edib. Həmçinin, son 6 mövsümdə Azərbaycanın Premyer Liqasının mütləq dominantı və 2017/2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilən ilk (yeganə) Azərbaycan komandası olduğunu vurğulanıb. Məqalədə bazar günü böyük rəqibi olan Bakının "Neftçi" komandasını Premyer Liqa çərçivəsində asanlıqla məğlub etməsinə (2-0) də yer verilib.
“Qarabağ”ın iki mövsüm əvvəl “Atletiko Madrid”lə eyni qrupda olması və hər iki oyunda bu komandadan xal alaraq ispanların Çempionlar Liqasının 1/8 final mərhələsindəki yolunu bağlaması nəşrin xüsusi qeyd etdiyi məqamlar arasındadır.
Klubun azarkeşlərin rahatlığı üçün pulsuz avtobuslar ayırması isə İspaniyanın diqqət mərkəzindədir.
Zümrüd
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi






.png)








.webp)













.jpg)
.jpg)





