İdman
Avropa Liqası: "Qarabağ"ın oyununda 3 qol - (YENİLƏNDİ)
Matç 2:1 hesabı ilə başa çatdı.
***
23:40
Qarabağ daha bir qol buraxdı.
İonnoi matçın 89-cu dəqiqəsində APOEL-in 2-ci qolunu vurdu: 2-1.
2:1
***
23:39
Lukas Souza topu qapımızdan keçirdi: APOEL 1:1 Qarabağ
***
22:57
İkinci hissə başladı.
***
22:43
İlk hissə başa çatdı.
***
Qarabağ" klubu Kiprdə APOEL-lə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçında itki ilə üzləşib.
Publika.az xəbər verir ki, 14-cü dəqiqədə Dani Kintana zədələnib. Oyunu davam etdirə bilməyən ispaniyalı yarımmüdafiəçini Maqaye Qeye əvəzləyib.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda öndədir - 1:0.
***
22:05
10-cu dəqiqədə Maksim Medvedev hesabı açdı: APOEL 0:1 Qarabağ
***
21:55
Oyun başladı.
***
21:25
"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin IV tur oyunu üçün start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joaozinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
CANLI YAYIMı buradan izləyə bilərsiniz.
***
20:28
Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.
Publika.az bildirir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək.
Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq. Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan "Qarabağ" 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə uduzmamalıdır.
Çempionlar Liqasında APOEL-i səfərdə 2:1 hesabı ilə məğlub edən ağdamlılar eyni uğuru təkrarlamaq əzmindədir. Qələbə ölkə çempionunu 1/16 finala bir addım da yaxınlaşdıracaq. Heç-heçə də "Qarabağ"ı ikincilik mübarizəsində daha şanslı saxlayacaq.
Qeyd edək ki, turun digər oyununda "Düdelanj" "Sevilya" ilə görüşəcək. İspaniya klubu bu turdan asılı olaraq nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri də təmin edə bilər.
Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Manuel Şuttenqruber
Baş hakimin köməkçiləri: Roland Brandner, Robert Steynaşer
Dördüncü hakim: Kristofer Yaqer (hamısı Avstriya)
Hakim-inspektor: Georgios Bíkas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)
Nikosiya. GSP stadionu
|
1 |
Sevilya |
3 |
3 |
0 |
0 |
7-0 |
9 |
|
2 |
Qarabağ |
3 |
1 |
1 |
1 |
6-6 |
4 |
|
3 |
Düdelanj |
3 |
1 |
0 |
2 |
5-10 |
3 |
|
4 |
APOEL |
3 |
0 |
1 |
2 |
5-7 |
1 |
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
