İdman
FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazandılar - FOTO
31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib.
Publika.az xəbər verir ki, 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İdmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI
-
Sosial08:30“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı
-
İdman08:00La Liqa klubunun 16 yaşlı futbolçusu öldü
-
Magazin106:46Həyat yoldaşından Rəvan Qarayevə qadağa

















.jpg)
















