İdman
FHN-in idmançıları beynəlxalq yarışlardan mükafatla qayıtdılar
31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib. 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb.
FHN-dən Publika.az-a verilən məlumata görə, idmançımız 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
