İdman
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib - FOTO
19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
Publika.az xəbər verir ki, ümumilikdə çempionatda 18 komandadan 75-ə yaxın idmançı iştirak etib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Bakı Regional Mərkəzi, üçüncü yeri isə Gəncə Regional Mərkəzi komandası tutub.
Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Vladislav Hacıbalayev (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti), üçüncü yerə Elmir Əhədov (Muğan Regional Mərkəzi) layiq görülüb.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.
Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
