İdman
Rəcəbov və Məmmədyarov nüfuzlu turnirdən kənarda qaldı
Dünya çempionu Maqnus Karlsenin şahmat tarixində ilk dəfə təşkil edəcəyi internet-turnirin bütün iştirakçıları müəyyənləşib.
Norveçli qrossmeysterin aprelin 18-də start götürəcək yarışda FIDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıları görmək istəyi gerçəkləşməyib. "8-lik"dəki zəka sahiblərindən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), ermənistanlı Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və İran şahmatının parlayan ulduzu Alireza Firuzca (21-ci yer) dəvət olunub.
Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq. FIDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun kənarda qalmalarının səbəbi məlum deyil.
İki həftə davam edəcək turnir dairəvi sistem üzrə başlayacaq. Əvvəlcə hər bir iştirakçı arasında görüş keçiriləcək. Daha sonra liderlər "pley-off" oynayacaqlar. 250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq. (report)
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur














.jpg)


















