İdman
Almaniyada azərbaycanlıların futbol klubu üçün yeni stadion inşa edilir
Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “AZE NAKHCHIVAN-KÖLN” SK Futbol Klubuna dəstək verib.
Bu barədə Publika.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, E.Rəsulov yeni yaranmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası üçün Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyyəsi ilə razılaşdırılıb.
Qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir.
Onu da bildirək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdır. O, Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan ARS SPOR şirkətinin sahibidir. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və sair idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.
Elşən Rəsulov Avropada tanınan, Belçikada yerləşən nüfuzlu ULB Universitetini bitirib.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması







.webp)





















.jpg)
.jpg)


