İdman
Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan etdi
Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan edir.
Publika.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected]) göndərə bilər. Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək.
Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə Azərbaycan Milli Olimpiya Komitəsinin mülkiyyətinə keçmiş olacaq. Müsabiqəyə qoşulun, siz də Azərbaycan Olimpiya tarixinin bir hissəsi olmaq şansını qazanın!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
