İdman
Respublika Olimpiya Mərkəzi təmirdən sonra
Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra Respublika Olimpiya Mərkəzi ilə tanış olublar.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, mərkəzin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılıb, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülüb.
Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənib, metal, metal-plastik və avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub.
Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulib, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılmış, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilmiş, daxili bəzək işləri həyata keçirilib. Mərkəzdə bir ədəd sauna, hol hissəsində isə guşə quraşdırılıb. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülüb.
Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, video müşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub. Həmçinin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorotiv kollar və ağaclar əkilib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)




.jpg)
















.jpg)


