İdman
Azərbaycanlı şahmatçıların rəqibləri bəlli oldu: aralarında erməni də var
“Grand Chess Tour” şahmat seriyasının 5 turnirinin tarixləri müəyyənləşib.
Publika.az xəbər verir ki, yay mövsümündə baş tutacaq turnirlərdə dünyaca məşhur azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Çempionatın 5 turniri 2021-ci ilin iyun-avqust ayları arasında Buxarestdə (klassik şahmat), Parisdə (sürətli, blits), Zaqrebdə (sürətli, blits), ikisi isə Amerikanın Sent-Luis şəhərində (sürətli, blits, klassik) keçiriləcək.
Seriyada 10 aparıcı qrossmeyster oynayacaq. Masa arxasında azərbaycanlı zəkalarla yanaşı, fransız Maksim Vaçier-Laqrave, amerikalılar Fabiano Karuana və Vesley So, ruslar Aleksandr Qrisçuk və Yan Nepomnyaşşiy, hollandiyalı Aniş Ciri, erməni Levon Aronyan oturacaq.
Turnirin ümumi mükafat fondu 1,275 milyon dollardır. Klassik şahmatda 325 min dollar, sürətli və blitsdə 150 min dollar oynanılacaq. Digər 175 000 dollar “Grand Chess Tour” seriyasında ilk üç şahmatçıya veriləcək.
Zümrüd
-
Dünya11:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)












