İdman
“Qalatasaray”dan ayrılacaq 5 futbolçu - Terimin “qara siyahı”sı
Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Qalatasaray”dan ayrılacaq 5 futbolçu müəyyənləşib.
Publika.az xəbər verir ki, “cim-bom” yola salacağı oyunçular sayəsində maaş büdcəsində 15 milyon avroya yaxın azalmaya nail olacaq.
Baş məşqçi Fatih Terimin “qara siyahı”sına hücumçu Radamel Falkao başçılıq edir.
Müqavilə müddəti gələn ilin yayına qədər olan kolumbiyalının illik qazancı 5 milyon avrodur. Qətər və ABŞ klublarının maraq dairəsində olan 35 yaşlı oyunçunu rəhbərlik hətta pulsuz göndərməyə də hazırdır.
Hazırda “sarı-qırmızılılar”da icarə əsasında çıxış edən Oqenekaro Etebo və Marselo Sarakki müqavilə ilə məxsus olduqları “Stok Siti” və “Leypsiq”ə qayıdacaqlar. Martin Linnes və Şener Özbayraklının isə başa çatan müqaviləsi yenilənməyəcək.
Bundan başqa, Fernando Muslera, Əmrə Akbaba və Yunes Belhandaya maaşlarında endirimə getmək şərti ilə yeni müqavilə təklif olunacaq. Kapitan Muslera artıq məvacibində 1 milyon avroluq endirimə razılıq verib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



































.jpg)

.jpg)
