İdman
"Barselona" səfərdə "Sevilya"nı MƏĞLUB ETDİ
Fevralın 27-də futbol üzrə İspaniya La Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Publika.az xəbər verir ki, turun maraq doğuran görüşü “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.
Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, dördüncü pillədə qərarlaşan “Sevilya” doğma azarkeşlər önündə üçüncü yerdə olan
“Barselona” komandasını qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 29-cu dəqiqədə açılıb. Usman Dembele komandasını hesabda önə çıxarıb.
Fasilədən sonra Kataloniya təmsilçisi hesab arasındakı fərqi iki topa çatdırıb.
Komandanın əsas qol silahı Lionel Messi adını tabloya yazdırıb. Bu argentinalı futbolçunun cari mövsüm vurduğu 19-cu qolu olub.
Bu qələbədən sonra xal ehtiyatını 53-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 48 xalla dördüncü yerdə qalıb.
“Barselona”nın əzəli rəqibi “Real Madrid” martın 2-də öz meydanında “Real Sosyedad” komandasını qəbul edəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
