İdman
İngiltərədə müsəlman futbolçulara JEST
İngiltərə Premyer Liqası axşam oyunlarını idarə edən hakimləri müqəddəs Ramazan ayında oruc tutan futbolçuların iftar açmaları (su içib qida qəbul etmələri) üçün fasilə verməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" yazır.
Belə pauzanın presedenti aprelin 26-da Lesterdə baş tutan oyunda olmuşdu. İngiltərə çempionatının 33-cü turunda "Lester Siti" ilə "Kristal Pelas" görüşərkən (2:1) London komandasının qapıçısı Visente Quayta gün batan zaman topu saxlayaraq müsəlman futbolçular - Uesli Fofan ("Lester") və Şeyku Kuyatenin ("Kristal Pelas") vitaminli içki qəbul etmələrinə şərait yaratmışdı.
Nəşr bildirir ki, Premyer Liqanın rəhbərliyi hakimləri gün batandan sonra bitən matçlarda oynayan komandaların kapitanları ilə belə pauzaların yaradılması imkanını müzakirə etməyə çağırıb. Belə praktika standart oyunqabağı müzakirəyə çevrilməlidir, məsələn, Black Lives Matter hərəkatını dəstəkləyən zaman futbolçuların bir dizləri üstə çökmələrinin müzakirə olunduğu kimi.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



