Olimpiya Oyunlarına bu idmançılarımız gedir - SİYAHI
Bizi izləyin

İdman

Olimpiya Oyunlarına bu idmançılarımız gedir - SİYAHI

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək.

Publika.az-a bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, yarışa sonuncu lisenziyanı üzgüçü Məryəm Şeyxəlizadə Xanqan qazanıb. Artıq Beynəlxalq Olimpiya Komitəsi idmançının lisenziyasını təsdiqləyib.

Atlet Aleksis Kopello, üzgüçü Ramil Vəlizadə və ağırlıqqaldıran Əliş Nəzərov isə Oyunlardan kənarda qalıb.

Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə "Report"a açıqlamasında Kopellonun lisenziyasının beynəlxalq federasiya tərəfindən təsdiqləndiyi halda, zədə səbəbindən olimpiadaya getməkdən imtina etdiyini bildirib.

Üzgüçülük federasiyasının baş katibi Fərid Bənənyarlı isə deyib ki, Vəlizadə reytinq xallarına görə lisenziya əldə edə bilməyib: "Siyahıda ondan üstün idmançılar var idi. Ona görə də alınmadı".

Əliş Nəzərova gəlincə, əslində daha əvvəl idmançının 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən lisenziya qazandığı açıqlanmışdı. Lakin yekun siyahıda onun da adı yoxdur. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev "Report"a deyib ki, onlara son anadək Nəzərovun Tokio olimpiadasına lisenziya əldə etməsi ilə bağlı hər hansı məlumat daxil olmayıb: "Düzdür, şansı var idi. Ola bilərdi ki, özündən yuxarıda qərarlaşan idmançılardan kimlərinsə dopinq-testi müsbət nəticə versin. Amma rəsmi məktub gəlmədiyindən, açıqlama vermirdik. Artıq yekun siyahını açıqlayıblar. Göründüyü kimi, orada ağırlıqqaldıranın adı yoxdur".

İdmançının atası Vahid Nəzərov isə iddia edir ki, oğluna vayld kart verilib: "Azərbaycan bu idman növü üzrə lisenziya qazanmadığından, Milli Olimpiya Komitəsinin müraciətindən sonra Əlişə vayld kart verilmişdi. Lakin Boyanka Kostovanın dopinq-testi müsbət çıxdığı üçün həmin lisenziya bizdən alındı. Hər şey federasiyanın məsuliyyətsizliyindən, işi bilməməsindən irəli gəlir. Kostova yarışa birbaşa Bolqarıstandan getmişdi. Yəni, onu burada yoxlamamışdılar. Həmin Avropa çempionatında mən hakim idim. Federasiyaya dəfələrlə xəbərdarlıq etdim ki, onu yoxlayıb göndərin. Mənə dedilər ki, bu, Avropa, dünya çempionudur. Bəs nə oldu? Birincisi, bu idmançının 28 yaşı var. İkincisi, əcnəbidir, buraya pul qazanmağa gəlib. Onun son şansı idi, çünki yaşı ötür. Təbii ki, olimpiadaya vəsiqə qazanmağa çalışırdı. Əfsuslar olsun ki, bunları başa sala bilmədim".

Qeyd edək ki, Tokio-2020-yə vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb. Həmin vəsiqələrin sahibləri bunlardır:

1. Anna Skidan (Atletika - çəkicatma)
2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
21. Anna Başta (Qılıncoynatma - sablya)
22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
26. İrina Zaretska (Karate - +61 kq)
27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
36. İrina Kindzerska (Cüdo - +78 kq)
37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
39. Lorenso Sotomayor (Boks - 69 kq)
40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
44. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm