İdman
Rafael Ağayev, Hacı Əliyev və Mariya Stadnikin GÖRÜŞ SAATI - BU KANALDA BAXA BİLƏRSİNİZ
Bu gün Tokio-2020-də Azərbaycanın 3 idmançısı ölkəmizə medal qazandırmaq üçün səhnəyə çıxacaq.
Publika.az xəbər verir ki, sərbəst güləşçilərimiz Hacı Əliyevlə Mariya Stadnikin ardınca karatenin əfsanəsi Rafael Ağayev medal qazanmaq üçün güclərini sınayacaq. Ağayevin qatıldığı karate yarışları saat 12-dən start götürəcək.
Mariya Stadnikin güləşdiyi 50 kq çəki dərəcəsində yarımfinal görüşləri Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Təmsilçimiz isə 13:30-da güləşəcək. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olacaq.
Qızıl medal ümidlərimizdən olan Hacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. Güləşçimiz rəqibinə heç bir şans verməyib - 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşəcək. Görüş Bakı vaxtı ilə 13:40-da başlayacaq.
5 qat dünya, 11 qat Avropa çempionu yarışa qrup mərhələsindən start verəcək. O, yarımfinala adlamaq, bununla da ən azı bürünc medalı təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır. O da bu gün günorta saatlarında rəqibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.
Görüşlərə İdman Azərbaycan Televiziyası ilə baxa bilərsiniz.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
