İdman
"Mançester Siti" qələbə qazandı, "Çelsi" heç-heçə etdi
Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.
Günün digər görüşü ötən tur liderliyini əldən verən “Çelsi” və “Volverhemton” komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur qələbə qazana bilmir.
Gecənin ən maraqlı görüşü “Tottenhem” və “Liverpul” komandaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
"Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
Xatırladaq ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester Siti" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



































.jpg)

.jpg)
