İdman
"Neftçi" Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazandı
Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin daha bir cavab oyunu keçirilib.
Publika.az xəbər verir ki, “Neftçi” komandası “Sabah”ı qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Matçın 41-ci dəqiqəsində Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə “Neftçi” rəqibinin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. Oyunun 61-ci dəqiqəsində kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado “Sabah”ın qapısından topu keçirib. Otuz bir yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
Görüşdə baş hakim Rəvan Həmzəzadə “Sabah”ın futbolçuları Aleksey İsayevi və Səlahət Ağayevi qırmızı vərəqə ilə cəzalandırıb. Hakimə etirazlardan sonra referi “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan uzaqlaşdırıb. “Neftçi”nin futbolçusu Eddi İsrafilova və baş məşqçisi Samir Abasova isə sarı vərəqə göstərilib.
İlk matç 1:1 hesabı ilə yekunlaşdığı üçün "Neftçi" yarımfinala yüksəlib.
Qeyd edək ki, dörddəbir finalın digər iki cavab oyunu fevralın 13-də olacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Neftçi" yarımfinalda "Səbail" - "Zirə" görüşünün güclüsü ilə qarşılaşacaq.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ" olub. Ağdam komandası növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə görüşəcək.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)


















.jpg)
.jpg)

